İcra başçısı onu vəzifəyə təyin etdi
25 Avqust 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1052
17.02.2025, 13:55
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.
Bu barədə FHN-dən bildirilib.
Səfiri salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakter daşıdığını xatırladıb. Bu çərçivədə, nazir səfirlə keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.
Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Tacikistan Respublikasının aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Tacikistanın aidiyyəti qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.
Səmimi görüşə görə təşəkkürünü bildirən Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon iki ölkə arasında münasibətlərin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
19:18 / 25 Avqust 2026
39
18:59 / 25 Avqust 2026
40
18:49 / 25 Avqust 2026
49
18:31 / 25 Avqust 2026
52
18:23 / 25 Avqust 2026
61
18:10 / 25 Avqust 2026
51
17:59 / 25 Avqust 2026
60
17:45 / 25 Avqust 2026
64
17:39 / 25 Avqust 2026
73
17:34 / 25 Avqust 2026
63
17:03 / 25 Avqust 2026
86
16:59 / 25 Avqust 2026
75
16:59 / 25 Avqust 2026
77
16:45 / 25 Avqust 2026
84
16:38 / 25 Avqust 2026
59
16:35 / 25 Avqust 2026
78
16:29 / 25 Avqust 2026
81
16:25 / 25 Avqust 2026
81
16:12 / 25 Avqust 2026
82
15:53 / 25 Avqust 2026
78
15:40 / 25 Avqust 2026
84
15:34 / 25 Avqust 2026
82
15:30 / 25 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.