Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır” - VİDEO
23 Aprel 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1614
17.02.2025, 11:08
2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.
Oxu24.com xəbər verir ki, qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir.
Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır?
Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz.
Məsələn, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında” Qərarına əsasən, mühasibin əməyinin ödənilmə dərəcəsi 5-11-ci dərəcələr aralığında müəyyən olunub. Vahid Tarif Cədvəlinə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı 470-600 manat aralığındadır. Həmçinin psixoloq, hüquq məsləhətçisi, redaktor, tərcüməçi üzrə bu göstərici 490-600 manatdır.
Digər vəzifələr üçün isə minimum göstərici aşağıdakılardır:
- Əczaçı 490-550 manat
- Səs rejissoru, rejissor 550-600 manat
- Kassir 450-490 manat
- Mühəndis 490-600 manat
Həmçinin oxuyun
- İqtisadçı 490-600 manat
- Konstruktor 490-650 manat
- Bütün janrlardan olan artistlər 450-700 manat
- Memar 490-650 manat
- Katibə 433 manat
- İnkassator 450-470 manat
- Tibb bacısı 470-575 manat
- Müxtəlif ixtisaslı həkimlər 550-700 manat
- Baytar həkim 550-675 manat
Reallığa gəlincə, bu ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda çalışanların çox hissəsi (kiçik fərqlə) özəl sektorda çalışır. Son statistikaya görə, elə dövlət və özəl sektorda olan orta aylıq əməkhaqları arasındakı fərqi də ikincinin xeyrinədir. Lakin emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi kimi sahələrdə özəl sektor dövlət sektorundan geridə qalır. (Qafqazinfo)
23:58 / 23 Aprel 2025
Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır” - VİDEO
19
23:28 / 23 Aprel 2025
Borcu qaytarmayan yeganə BÜRC: ona borc verməyin
32
23:14 / 23 Aprel 2025
Zəncirvari qəza - Yaralılar var - yenilənib
77
23:00 / 23 Aprel 2025
Kərə yağı ilə birlikdə bu məhsulları YEMƏK OLMAZ
45
22:41 / 23 Aprel 2025
Telefonuna zəlzələ bildirişi gəldi şok yaşadı - VİDEO
47
22:27 / 23 Aprel 2025
Dollar ucuzlaşacaq
52
22:14 / 23 Aprel 2025
Zəlzələni öncədən təxmin edən professordan yeni açıqlama
48
21:59 / 23 Aprel 2025
Telefonla ödəniş edənlərin pullarını belə oğurlayırlar
181
21:53 / 23 Aprel 2025
Kəlbəcərdə faciə: Həyatını itirən var
462
21:47 / 23 Aprel 2025
İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb
55
20:54 / 23 Aprel 2025
Flora Kərimovanın səsi batdı
90
20:42 / 23 Aprel 2025
Hindistanda bunu edənlərə pul veriləcək
69
20:34 / 23 Aprel 2025
Tramp Zelenskinin Krımla bağlı bəyanatını tənqid edib
74
20:27 / 23 Aprel 2025
Si Cinpin İqlim dəyişikliyi ilə bağlı Çinin mövqeyini açıqladı
63
20:25 / 23 Aprel 2025
Hindistan bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmaq qərarına gəlib
65
20:19 / 23 Aprel 2025
Toyuna bir neçə gün qalmış şəhid oldu — Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı
1001
20:17 / 23 Aprel 2025
Türkiyədə zəlzələdən sonra afterşoklar davam edir
62
20:15 / 23 Aprel 2025
Kiyevdə avtomobil partlayıb
61
20:00 / 23 Aprel 2025
Şəhid atası ürəktutmadan VƏFAT ETDİ
550
19:51 / 23 Aprel 2025
ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini daha yaxşı başa düşdüyünü açıqlayıb
76
19:49 / 23 Aprel 2025
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto
108
19:45 / 23 Aprel 2025
Fransada onlarla həbsxana hücumu qeydə alınıb
80
19:29 / 23 Aprel 2025
Hicablı şagirdin məktəbə buraxılmamasına Ərdoğandan sərt reaksiya
86
19:12 / 23 Aprel 2025
“Bandotdel”dən çıxan kimi Mir Cəlal Kazımiyə zəng edibmiş... — Həkimlərin məhkəməsindən şok detallar
509
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.