DOST Agentliyində YENİ TƏYİNAT
25 Avqust 2026, 20:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
919
14.02.2025, 16:01
Ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci Azərbaycan Biznes Keys Yarışmasına (ABCC) start verilib.
Birbank-ın da sponsor olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirməkdir. Yarışma iştirakçıları həmçinin mütəxəssislərlə tanış olmaq və karyera imkanlarını genişləndirmək fürsəti də qazanırlar. Belə ki, iştirakçılar real biznes problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirirlər. Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq, təkliflərini mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirlər. Sessiyalarına fevral ayından etibarən başlanan layihə aprel ayında qaliblərin elan edilməsi ilə başa çatacaq.
2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox tələbə iştirak edib. Yarışmada istifadə olunan biznes problemləri Harvard Biznes Məktəbindən rəsmi olaraq təmin edilir.
Yarışma çərçivəsində 20 iştirakçı Birbank-ın ofisində keçirilən xüsusi sessiyada iştirak edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər təqdim olunub.
Qeyd edək ki, Birbank təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys Yarışması da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
20:01 / 25 Avqust 2026
34
19:56 / 25 Avqust 2026
36
19:22 / 25 Avqust 2026
43
19:18 / 25 Avqust 2026
61
18:59 / 25 Avqust 2026
63
18:49 / 25 Avqust 2026
66
18:31 / 25 Avqust 2026
59
18:23 / 25 Avqust 2026
72
18:10 / 25 Avqust 2026
58
17:59 / 25 Avqust 2026
73
17:45 / 25 Avqust 2026
75
17:39 / 25 Avqust 2026
85
17:34 / 25 Avqust 2026
75
17:03 / 25 Avqust 2026
100
16:59 / 25 Avqust 2026
82
16:59 / 25 Avqust 2026
84
16:45 / 25 Avqust 2026
98
16:38 / 25 Avqust 2026
65
16:35 / 25 Avqust 2026
86
16:29 / 25 Avqust 2026
87
16:25 / 25 Avqust 2026
93
16:12 / 25 Avqust 2026
88
15:53 / 25 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.