Prezident Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR
22 Yanvar 2026, 01:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
935
13.02.2025, 15:34
Sumqayıt şəhərinin mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu 1950-60-cı illərdə yaradılıb. Sumqayıt şəhəri və ətraf qəsəbələr içməli su ilə Şollar-Bakı Su kəməri və Ceyranbatan Sutəmizləyici Qurğuları hesabına təmin olunur.
Oxu24.com xəbər verir ki, “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı”na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.
Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması istiqamətində iri həcmli layihə həyata keçirilir. Məqsəd dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə əhalini təmin etmək vətəndaşların məmnunluğuna yüksək səviyyədə nail olmaqdır.
Sumqayıt şəhərində əhalinin kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb.
İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir.
Həmçinin “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda diametri 300, 400, 500 millimetrlik Koruge borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara tam uyğun aparılır.
Sumqayıt Sukanal İdərəsinin rəisi Xalid Quliyev diqqətə çatdırıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.
Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işlərinə start verilib. İşlər çərçivəsində 3 ədəd mövcud aerotenk durulducunun dəmir-beton hissələrində əlavə gücləndirmə işləri aparılır. Aerotenk durulducunun içərisində dayaqların yenilənməsi, su novlarının, diffuzor boruların dəyişdirilməsi nəzərdə tutulub. Qurğulara giriş-çıxış xətləri yenilənib.
Bundan əlavə yeni nasosların alınıb quraşdırılması da nəzərdə tutulub. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra tullantı suları ən müasir texnologiyaya uyğun təmizlənərək Xəzər dənizinə ötürüləcək.
Qeyd edək ki, Sutəmizləyici Qurğular Kompleksi 2009-cu ilin noyabr ayında istifadəyə verilib. Qurğunun məhsuldarlığı sutkalıq 100 min kubmetr təşkil edir. Təmizləyici Qurğular Kompleksi məişət tullantı sularının və onlara tərkibcə yaxın olan sənaye tullantı sularının su hövzələrinə axıdılmadan öncə normativə uyğun mexaniki, bioloji və təkrar təmizlənməsi, eləcə də tərkibində olan patogen bakteriyalardan zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Həmçinin oxuyun
Təmizləyici Qurğular Kompleksi Sumqayıt şəhəri ilə yanaşı ətraf yaşayış məntəqələrində - Novxanı və Saray qəsəblərində toplanan tullantı sularını təmizləmək üçün inşa olunub.
Şəhərin Sukanal İdarəsinin əməkdaşları fasiləsiz iş rejimində fəaliyyət göstərir. Vətəndaşlar müraciətlərini quruma həm fərdi şəkildə, həm də elektron formada ünvanlaya bilirlər.
İdarənin qəza-bərpa xidməti də fəaliyyətini gücləndirilmiş iş rejimində yerinə yetirir. Hər hansı qəza hadisəsi ilə bağlı xəbər çağrı mərkəzinə daxil olur, hesabat aparılır, qəza xidmətinə məlumat verilir və əməkdaşlar dərhal problemin həllinə çalışırlar.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti digər şəhərlərdə də su və kanalizasiya təchizatı istiqamətində təmir-tikinti və yenidənqurma layihələri icra edir.








01:57 / 22 Yanvar 2026
7
01:20 / 22 Yanvar 2026
31
00:44 / 22 Yanvar 2026
55
23:59 / 21 Yanvar 2026
67
23:52 / 21 Yanvar 2026
59
23:48 / 21 Yanvar 2026
77
23:39 / 21 Yanvar 2026
64
23:19 / 21 Yanvar 2026
79
23:01 / 21 Yanvar 2026
73
22:48 / 21 Yanvar 2026
82
22:29 / 21 Yanvar 2026
71
22:15 / 21 Yanvar 2026
68
21:59 / 21 Yanvar 2026
103
21:45 / 21 Yanvar 2026
89
21:33 / 21 Yanvar 2026
90
21:06 / 21 Yanvar 2026
69
21:03 / 21 Yanvar 2026
81
20:59 / 21 Yanvar 2026
80
20:54 / 21 Yanvar 2026
94
20:54 / 21 Yanvar 2026
89
20:52 / 21 Yanvar 2026
70
20:49 / 21 Yanvar 2026
310
20:43 / 21 Yanvar 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.