Azərbaycan hərbçiləri ingilis dilini öyrənir
25 Avqust 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1505
13.02.2025, 10:53
Bu günlərə hökumətə yaxın media resurslarında Rusiya ilə gizli əlaqə quraraq, Kremlə cəsusluq edən məmurların adıları açıqlanmışdı.
Oxu24.com xəbər verir ki, həmin siyahıda Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq mədəniyyət naziri Əbülfəz Qarayev, mərhum gənclər və idman naziri Azad Rəhimov, sabiq XİN başçısı Elmar Məmmədyarov və Rəhimovun qaynının adları qeyd edilmişdi.
Bu yazıdan sonra adları çəkilən keçmiş məmurların hamısı açıqlama yayaraq, cəsus olmadıqlarını, onlara “böhtan” atıdlğını bildirmişdilər.
Rusiyaya cəsusluq etməkdə adı çəkilən əsas şəxslərdən biri Mehdiyev idi ki, onun haqqında bu deyilənlər yeni deyil. Hələ uzun illər əvvəl də mediada sabiq PA rəhbərinin Rusiya ilə sıx və gizli əlaqədə olmasına dair xeyli iddialar səsləndirilmişdi.
Tribunainfo.az bildirir ki, bir müddətdir Ramanı qəsəbəsindəki bağ evinə çəkilən Ramiz Mehdiyev, gözdən uzaq qalmağa çalışıb. Lakin son hadisələrdən sonra Ramanıdakı bağ evində hərəkətlilik artıb. Yaxınlıqda yaşayan sakinlərin verdiyi məlumata görə, son iki gündə sözügedən bağ evinə gələnlərin sayı bir qədər artıb.
Onlar əvvəllər belə gəliş-gedişin az olduğunu, ara-sıra müşahidə edildiyini bildiriblər. Qonşular bu intensivliyin səbəbini bilmədiklərini də vurğulayıblar.
Qeyd edək ki, sayt bu intensivliyin səbəbini dəqiqləşdirə bilməyib. Güman olunur ki, Rusiyaya cəsusluq məsələsi ortaya çıxdıqdan sonra Mehdiyev özünə yaxın adamları başına toplayaraq, məşvərət edib.
Bu əsnada bildirək ki, Ramiz Mehdiyevin Ramanıdakı bağ evi 32 hektar ərazidə inşa edilib. Həmin torpaq sahəsi onun, həyat yoldaşının və oğlu Timur Mehdiyevin adınadır. Ərazi kənd təsərrüfatı təyinatlı olduğundan, Mehdiyev hətta bir müddət istifadə etdiyi bağ evi üçün Kənd Təsərrüfatı Nazirliyindən subsidiya da alırmış.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
21:47 / 25 Avqust 2026
1
21:29 / 25 Avqust 2026
42
21:14 / 25 Avqust 2026
45
20:56 / 25 Avqust 2026
52
20:29 / 25 Avqust 2026
73
20:09 / 25 Avqust 2026
61
20:01 / 25 Avqust 2026
71
19:56 / 25 Avqust 2026
67
19:22 / 25 Avqust 2026
64
19:18 / 25 Avqust 2026
71
18:59 / 25 Avqust 2026
78
18:49 / 25 Avqust 2026
77
18:31 / 25 Avqust 2026
66
18:23 / 25 Avqust 2026
82
18:10 / 25 Avqust 2026
64
17:59 / 25 Avqust 2026
81
17:45 / 25 Avqust 2026
79
17:39 / 25 Avqust 2026
92
17:34 / 25 Avqust 2026
79
17:03 / 25 Avqust 2026
112
16:59 / 25 Avqust 2026
85
16:59 / 25 Avqust 2026
89
16:45 / 25 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.