Vladimir Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib
25 Avqust 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
976
12.02.2025, 14:57
“Birdən qarşıma “vetnamka” çıxdı. Düşündüm ki, “vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var...”
Oxu24.com xəbər verir ki, bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərəni belə danışıb:
“Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma “vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu, bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.
R.Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:
“Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan “vetnamkalar” və kəməri idi.
Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqalın qalıqlarını gördük. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.
Kənd sakini deyib ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:
“Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə, oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və oradan köməkli şəkildə, çətinliklə çıxa bildik”.
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdıqları mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürərək aidiyyəti üzrə təhvil verib.
22:30 / 25 Avqust 2026
31
22:26 / 25 Avqust 2026
53
21:47 / 25 Avqust 2026
53
21:29 / 25 Avqust 2026
61
21:14 / 25 Avqust 2026
64
20:56 / 25 Avqust 2026
66
20:29 / 25 Avqust 2026
80
20:09 / 25 Avqust 2026
67
20:01 / 25 Avqust 2026
80
19:56 / 25 Avqust 2026
72
19:22 / 25 Avqust 2026
66
19:18 / 25 Avqust 2026
72
18:59 / 25 Avqust 2026
79
18:49 / 25 Avqust 2026
79
18:31 / 25 Avqust 2026
67
18:23 / 25 Avqust 2026
84
18:10 / 25 Avqust 2026
69
17:59 / 25 Avqust 2026
83
17:45 / 25 Avqust 2026
83
17:39 / 25 Avqust 2026
96
17:34 / 25 Avqust 2026
80
17:03 / 25 Avqust 2026
115
16:59 / 25 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.