Lukaşenko Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
25 Avqust 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1047
12.02.2025, 13:30
Baş DYP İdarəsi dünən axşam Neftçala rayonunda avtomobilin aşması nəticəsində baş vermiş qəza barədə açıqlama yayıb.
Oxu24.com xəbər verir ki, açıqlamada bu kimi qəzaların səbəblərinə aydınlıq gətirilib.
Bildirilib ki, fevralın 11-i saat 18:00 radələrində Neftçalanın Qaçaqkənd kəndində Nəhmədov Qamət Sahib oğlu idarə etdiyi “Mercedes” markalı 90-DH-388 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü Q.Nehmədov xəsarət alıb.
Hadisə barədə araşdırma aparılır.
Məlumata görə, təhlillər onu deməyə əsas verir ki, minik nəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasının səbəbləri əsasən aşağıdakılardır:
- Sürət həddinin aşılması – Yüksək sürətlə hərəkət edərkən avtomobilin idarə olunması çətinləşir və döngələrdə yol tutuşu azalır;
- Sürüşkən və ya pis yol şəraiti – Qar, buz, yağış və ya qum avtomobilin təkərlərinin yol tutuşunu azaldaraq sürüşməsinə səbəb ola bilər;
- Ani və kəskin manevrlər – Qəfil dönmələr və ya ani əyləcləmə nəticəsində avtomobilin stabilliyi pozula bilər;
- Təkərlərin nasaz olması – Köhnəlmiş və ya standartlara uyğun olmayan təkərlər (məsələn, qışda yay təkərləri) yol tutuşunu zəiflədir və qəza riskini artırır;
- Asqı və sükan sistemindəki problemlər – Avtomobilin asqı və sükan sistemində nasazlıqlar idarəetməni çətinləşdirə bilər;
- Sərxoş və ya yorğun sürücü – Spirtli içki və ya narkotik maddələrin təsiri altında, həmçinin yorğunluq səbəbilə sürücünün refleksləri zəifləyir.
Bu hadisələrin qarşısını almaq üçün sürücülər diqqətli olmalı, avtomobillərini mütəmadi olaraq yoxlamalı və hava şəraitinə uyğun sürüş tərzi seçməlidirlər.


23:01 / 25 Avqust 2026
2
22:30 / 25 Avqust 2026
48
22:26 / 25 Avqust 2026
59
21:47 / 25 Avqust 2026
59
21:29 / 25 Avqust 2026
66
21:14 / 25 Avqust 2026
67
20:56 / 25 Avqust 2026
69
20:29 / 25 Avqust 2026
81
20:09 / 25 Avqust 2026
68
20:01 / 25 Avqust 2026
81
19:56 / 25 Avqust 2026
73
19:22 / 25 Avqust 2026
66
19:18 / 25 Avqust 2026
73
18:59 / 25 Avqust 2026
82
18:49 / 25 Avqust 2026
79
18:31 / 25 Avqust 2026
68
18:23 / 25 Avqust 2026
85
18:10 / 25 Avqust 2026
70
17:59 / 25 Avqust 2026
83
17:45 / 25 Avqust 2026
83
17:39 / 25 Avqust 2026
96
17:34 / 25 Avqust 2026
80
17:03 / 25 Avqust 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.