Lukaşenko Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
25 Avqust 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
940
11.02.2025, 15:55
Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir.
Son günlər Respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib.
Metohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.
- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.
- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.
- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.
Tövsiyələr:
- Vacib deyilsə, sükan arxasına keçməyin.
- Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin.
- Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin.
- Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin metohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!", - məlumatda qeyd olunub.
23:47 / 25 Avqust 2026
114
23:01 / 25 Avqust 2026
154
22:30 / 25 Avqust 2026
154
22:26 / 25 Avqust 2026
66
21:47 / 25 Avqust 2026
65
21:29 / 25 Avqust 2026
71
21:14 / 25 Avqust 2026
74
20:56 / 25 Avqust 2026
76
20:29 / 25 Avqust 2026
90
20:09 / 25 Avqust 2026
71
20:01 / 25 Avqust 2026
82
19:56 / 25 Avqust 2026
77
19:22 / 25 Avqust 2026
67
19:18 / 25 Avqust 2026
75
18:59 / 25 Avqust 2026
86
18:49 / 25 Avqust 2026
80
18:31 / 25 Avqust 2026
68
18:23 / 25 Avqust 2026
85
18:10 / 25 Avqust 2026
70
17:59 / 25 Avqust 2026
84
17:45 / 25 Avqust 2026
85
17:39 / 25 Avqust 2026
99
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.