Lukaşenko Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
25 Avqust 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1099
11.02.2025, 12:52
Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Oxu24.com xəbər verir ki, agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-ə çatdırılıb.
Agentliyin məlumatına görə, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır.
Bununla bağlı AQTA bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Həmçinin bildirilir ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.