TƏBİB rəhbəri tapşırıq verib
15 Dekabr 2025, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
10.02.2025, 15:42
Bakıda 1 yaşlı uşaq ölüb.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu B.Süleymanov küçəsi 21-də yerləşən 14 saylı uşaq poliklinikasında qeydə alınıb.
Bildirilib ki, Bakı şəhər sakini Turqut Nuşirəvan oğlu Əliyev poliklinikada qəfil ölüb.
Həmçinin oxuyun
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu24.com un sorğusuna cavab olaraq bildirilib ki, 7 fevral saat 08:00 radələrində 2024-cü il təvəllüdlü azyaşlı oğlan Xətai rayonu ərazisində yerləşən 14 nömrəli Şəhər Poliklinikasının Uşaq şöbəsinə gətirilib.
“Poliklinikaya daxil olarkən uşağın artıq bioloji ölümünün baş verdiyi müşahidə edilib. Baxış zamanı ağız və burun nahiyəsində köpüklü-qanlı ifrazat, həmçinin dərisində diffuz sianoz aşkar edilib. Məsələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasına məlumat verilib. Hadisə yerinə gələn briqada tərəfindən bioloji ölüm təsdiqlənib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə və Xətai Rayon Prokurorluğuna məlumat verilib. Uşağın cəsədi müvafiq tibbi araşdırmaların aparılması məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”, - məlumatda vurğulanıb.
17:51 / 15 Dekabr 2025
1
17:37 / 15 Dekabr 2025
161
17:14 / 15 Dekabr 2025
35
17:08 / 15 Dekabr 2025
40
16:59 / 15 Dekabr 2025
86
16:49 / 15 Dekabr 2025
365
16:40 / 15 Dekabr 2025
81
16:26 / 15 Dekabr 2025
93
16:16 / 15 Dekabr 2025
71
15:55 / 15 Dekabr 2025
145
15:45 / 15 Dekabr 2025
415
15:20 / 15 Dekabr 2025
568
15:17 / 15 Dekabr 2025
97
15:00 / 15 Dekabr 2025
480
14:53 / 15 Dekabr 2025
1736
14:48 / 15 Dekabr 2025
74
14:39 / 15 Dekabr 2025
82
14:19 / 15 Dekabr 2025
530
14:13 / 15 Dekabr 2025
274
14:11 / 15 Dekabr 2025
82
13:00 / 15 Dekabr 2025
800
12:42 / 15 Dekabr 2025
1208
12:36 / 15 Dekabr 2025
75
11:45 / 15 Dekabr 2025
139
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.