Lukaşenko Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
25 Avqust 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
10.02.2025, 14:44
"Realist olmaq lazımdır – PISA 2029 (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".
Oxu24.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.
Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.