Müəllimlərə şad xəbər! - Rəsmi şəxs AÇIQLADI
13 Dekabr 2025, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
08.02.2025, 11:30
Xərçəng dünyada ciddi sağlamlıq problemidir. Ölüm səbəbləri arasında da birinci yerdədir.
Milli.Az xəbər verir ki, mütəxəssislər xərçəngdən qorunmaq üçün sağlam həyat tərzi sürməyin və mütəmadi olaraq sağlamlığınızı yoxlamağın vacib olduğunu deyirlər.
Xərçəng riskini azaldan 12 vacib qayda:
1. Siqaretdən uzaq olun:
Siqaret çəkmək ağciyər xərçəngi başda olmaqka ən az 16 müxtəlif xərçəngin inkişafına səbəb ola biləcək mühüm faktordur. Siqaretin tərkibindəki zərərli kimyəvi maddələr orqanizmin hüceyrələrini zədələyir və DNT-də dəyişikliklərə səbəb olmaqla xərçəngin inkişafına zəmin yaradır.
2. Tərəvəz və meyvəni çox yeyin:
Gündə ən azı 5 porsiya tərəvəz və meyvə, həmçinin tam taxıl və sağlam yağlardan ibarət pəhrizin qəbul edilməsi xərçəng riskini azalda bilər. İşlənmiş ət və həddindən artıq qırmızı ətin istehlakını məhdudlaşdırmaq da vacibdir. Antioksidantlar və liflə zəngin qidalar da xərçəng riskini azaltmağa kömək edə bilər.
3. İdman edin:
Həftədə ən az 150 dəqiqə orta intensivlikdə idman etmək, məsələn, sürətli gəzintilər xərçəng riskini azalda bilər.
4. İdeal çəki:
Çağımızın əhəmiyyətli problemi olan piylənmə; Döş, kolorektal və uşaqlıq yolu xərçəngi kimi bəzi xərçəng növləri üçün əhəmiyyətli bir risk faktorudur.
5. Spirtli içkilərdən uzaq olun
Spirt yemək borusu və mədəaltı vəzi xərçəngi kimi bəzi xərçəng növlərinin inkişaf riskini artıra bilən amildir. Çünki bu, hüceyrələrə genetik ziyan vura bilər və orqanizmin immun sistemini zəiflədə bilər.
Həmçinin oxuyun
6. Tez-tez müayinə
Xərçəngin erkən diaqnozu və inkişafına səbəb olan lezyonların aşkar edilməsi üçün mütəmadi olaraq sağlamlıq müayinələrini aparın.
7. Ətraf mühitin təsiri
Ətraf mühitin toksinlərinə məruz qalma DNT zədələnməsinə və iltihaba səbəb olur, xərçəng riskini artırır. Ekoloji toksinlərə asbest, qurğuşun, civə, arsen, pestisidlər və havanın çirklənməsi daxildir.
8. Peyvənd etdirin
Bəzi xərçənglər virusların yaratdığı infeksiyalar nəticəsində inkişaf edir. Peyvəndlər bu virusların yaratdığı infeksiyaların qarşısını alaraq xərçəng riskini azaldır. HPV (Human Papilloma Virus) peyvəndi ilə uşaqlıq boynu xərçəngindən, Hepatit B peyvəndi ilə isə qaraciyər xərçəngindən qorunmaq mümkündür.
9. Günəş şüasından qorunmaq
Günəşin zərərli şüalarına həddindən artıq məruz qalma dəri xərçəngi riskini artırır. Günəşin ultrabənövşəyi şüaları dəri hüceyrələrinə zərər verə bilər və xərçəngin inkişafına səbəb ola bilər. Günəşə çıxmazdan əvvəl günəş kremindən istifadə etmək və papaq taxmaq dəri xərçəngindən qorunmaqda böyük əhəmiyyət kəsb edir.
11. Genetik amillər
Ailənizdə xərçəng xəstəliyi varsa, həkiminizdən genetik testlər və nə qədər tez-tez skrininq testləri keçirməyiniz barədə soruşmaq vacibdir.
12. Stress
Xroniki stress immunitet sistemini zəiflədə bilər. Stress idarə üsulları, meditasiya və istirahət üsulları xərçəng riskini azaltmaqda faydalı ola bilər.
22:45 / 13 Dekabr 2025
71
22:30 / 13 Dekabr 2025
47
22:28 / 13 Dekabr 2025
56
22:22 / 13 Dekabr 2025
51
22:11 / 13 Dekabr 2025
113
21:58 / 13 Dekabr 2025
267
21:34 / 13 Dekabr 2025
746
21:21 / 13 Dekabr 2025
63
21:19 / 13 Dekabr 2025
79
21:15 / 13 Dekabr 2025
60
21:02 / 13 Dekabr 2025
56
20:49 / 13 Dekabr 2025
303
20:44 / 13 Dekabr 2025
70
20:36 / 13 Dekabr 2025
65
20:26 / 13 Dekabr 2025
68
20:01 / 13 Dekabr 2025
256
19:53 / 13 Dekabr 2025
83
19:21 / 13 Dekabr 2025
373
19:16 / 13 Dekabr 2025
111
18:32 / 13 Dekabr 2025
1000
18:12 / 13 Dekabr 2025
167
18:02 / 13 Dekabr 2025
115
17:43 / 13 Dekabr 2025
2046
17:09 / 13 Dekabr 2025
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.