Abort etdirən qadın həyatını itirdi
13 Dekabr 2025, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
981
07.02.2025, 20:13
7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən Bir ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Bir ekosistem PAŞA Holding tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir.
Ekosistem Birbank, m10, MilliÖn, Umico.az və holdinqin birgə müəssisələri olan BakıKart və Trendyol Azərbaycanın xidmətlərini bir araya gətirdi.
Tədbir Bir ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır: “Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb.
Bir ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan Birbank, Umico.az, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Umico.az-da Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Həmçinin oxuyun
14:28 / 13 Dekabr 2025
1
14:22 / 13 Dekabr 2025
9
14:12 / 13 Dekabr 2025
80
13:14 / 13 Dekabr 2025
380
13:07 / 13 Dekabr 2025
185
12:58 / 13 Dekabr 2025
104
12:16 / 13 Dekabr 2025
737
12:08 / 13 Dekabr 2025
86
11:44 / 13 Dekabr 2025
66
11:30 / 13 Dekabr 2025
74
11:09 / 13 Dekabr 2025
832
11:07 / 13 Dekabr 2025
375
10:25 / 13 Dekabr 2025
1051
09:15 / 13 Dekabr 2025
854
09:06 / 13 Dekabr 2025
533
08:45 / 13 Dekabr 2025
126
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
739
23:20 / 12 Dekabr 2025
664
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16132
22:05 / 12 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.