Qaynar xətt:

(+99450) 247 90 86

Şahin Bağırov onu rəis təyin etdi

Şahin Bağırov onu rəis   təyin     etdi

CƏMİYYƏT

884

06.02.2025, 14:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

 Oxu24.com   un “Qaynarinfo”ya istinadən məlumata görə, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin olunub.

K.Yusifov bundan əvvəl Balakən rayonundakı “Mazımqara” gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin edilib.