Lukaşenko Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
25 Avqust 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1191
06.02.2025, 09:30
Bəzi kolbasalarda ət əvəzinə toyuq başına rast gəlinib.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı nazirliyinin qida saxtakarlığı ilə bağlı yeni məlumatında qeyd olunub.
Türkiyənin kənd təsərrüfatı nazirliyi apardığı yoxlamalar nəticəsində müəyyən etdiyi saxtalaşdırılmış və standartlara uyğun olmayan məhsulların siyahısını yeniləyib. Yoxlamalarda kolbasada toyuq başı, köftədə toyuq ürəyi və qıymalı pide içliyində quş əti aşkarlanıb.
Nazirliyin açıqladığı 04.02.2025 tarixli siyahıya əsasən bəzi sucuq nümunələrində toyuq başı tapılıb, köftələrdə isə ürəkdən istifadə edildiyi müəyyən edilib. Bundan əlavə, qıymalı pide içliklərində quş əti olduğu üzə çıxıb. Ən çox saxtakarlıq edilən məhsullardan biri olan zeytun yağında da əlavə qatqılar aşkarlanıb. Bundan başqa paxlavada da fıstıq əvəzinə günəbaxan tumundan da istifadə edildiyi üzə çıxıb.
Kərə yağı və qatıq məhsullarında da ciddi pozuntular qeydə alınıb. Bu məhsullarda yağ nisbətinin aşağı olduğu və bitki yağları ilə qarışdırıldığı bildirilib. Eyni zamanda qatığın tərkibinə nişasta qatıldığı aşkar edilib. Nazirlik istehlakçıları diqqətli olmağa və qida məhsullarını etibarlı mənbələrdən almağa çağırıb.


23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.