Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
864
06.02.2025, 00:15
Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub.
Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.
Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Murad bildirib ki, sertifikasiya imtahanlarının vaxtının elan edilməməsi sualların hələ hazırlanmaması ilə əlaqədardır:
Həmçinin oxuyun
"Hər il sertifikasiya imtahanında suallar ya çox sadə, ya da çox çətin olaraq qruplaşdırılırdı. Bu da avtomatik narazılıqlara səbəb olurdu. Bu il artıq həmin məsələ üzrə iş aparılır. Sertifikasiya imtahanları və müəllimlərin işə qəbulu imtahanları arasında fərq olmalıdır. Ona görə də sertifikasiya imtahanlarının suallarında müəyyən düzəlişlər aparılır. Bu düzəlişlər də tam yekunlaşmadığı üçün hələlik vaxtlar barədə heçnə demirlər. Bu da müəllimlərin narahatlığına səbəb olur".
Ekspert qeyd edib ki, müəllimlər narahat olmalı deyillər: "Müəllimlər istənilən halda və zamanda imtahana hazır olmalıdırlar. Müəllim ancaq pedaqoji fəaliyyətlə məşğuldur, bilgisinə və savadına arxayın olaraq imtahana girməlidir. Ona görə də imtahanın nə vaxt olması məsələsi düşünürəm ki, çox da narahatlıq doğurmamalıdır. Bununla belə Elm və Təhsil Nazirliyi buunla bağlı yekun qərarı ictimaiyyətə bildirməlidir. Çünki müəllimlər istər-istəməz mövzular barədə ölçülərini götürməlidirlər.
E.Murad sonda vurğulayıb ki, sertifikasiya imtahanı barədə çox müzakirələr aparılıb:
"Məsələ də bundan ibarətdir ki, nazirlik işə təyin etdiyi vakansiyaya güvənmirmi və ya bir müəllim sertifikasiya imtahanına tabe tutulursa necə olur ki, məktəbdə işləyə bilir. İkinci bir yanaşma isə bundan ibarətdir ki, müəllim sertifikasiya imtahanına girib aşağı nəticə toplasa, necə olacaq, yəni cəmiyyətin qınaq obyektinə çevriləcək. Ona görə hal-hazırda tam qərar verə bilmirlər əsas hansı fənlərə üstünlük verilsin ki, narazılığa səbəb olmasın. Bu da istər istəməz bütün bu proseslərin gecikməsinə səbəb olur. Düşünürəm ki, önümüzdəki həftələrdə, yəni bu ayın yekununa doğru hər biri barədə ictimaiyyətə məlumat veriləcək".
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.