Yağ məhsullarında təhlükə: Qurum məlumat yaydı
26 Avqust 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
04.02.2025, 14:52
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər.
Oxu24.com xəbər verir ki, ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir.
Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib.
Qeyd edək ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.
09:36 / 26 Avqust 2026
1
09:28 / 26 Avqust 2026
31
09:14 / 26 Avqust 2026
42
09:02 / 26 Avqust 2026
41
09:00 / 26 Avqust 2026
47
08:56 / 26 Avqust 2026
46
23:47 / 25 Avqust 2026
272
23:01 / 25 Avqust 2026
300
22:30 / 25 Avqust 2026
345
22:26 / 25 Avqust 2026
128
21:47 / 25 Avqust 2026
123
21:29 / 25 Avqust 2026
123
21:14 / 25 Avqust 2026
131
20:56 / 25 Avqust 2026
125
20:29 / 25 Avqust 2026
142
20:09 / 25 Avqust 2026
91
20:01 / 25 Avqust 2026
94
19:56 / 25 Avqust 2026
95
19:22 / 25 Avqust 2026
80
19:18 / 25 Avqust 2026
92
18:59 / 25 Avqust 2026
101
18:49 / 25 Avqust 2026
92
18:31 / 25 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.