Əmr imzalandı:Yeni müşavir KİMDİR?
26 Avqust 2026, 12:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1154
03.02.2025, 15:50
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Oxu24.com FHN-ə istinadən xəbər verir ki, Kəmaləddin Heydərov Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə uzun illərə söykənən sıx əlaqələrin mövcud olduğunu xatırladıb. Bu çərçivədə nazir bu gün keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında münasibətlərin formalaşması baxımından faydalı olacağına əminliyini ifadə edib.
K.Heydərov Misirdə ötən ilin oktyabr ayında Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 57-ci və Baş Assambleyanın 26-cı sessiyalarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Azərbaycan FHN ilə Misirin aidiyyəti dövlət qurumları arasında fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə nazirliyin Akademiyası ilə Misirin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid əvvəlcə ötən ilin dekabrında Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.
Sonra COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayan səfir, həmçinin 2024-cü ilin dekabr ayında Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsini böyük uğur adlandırıb.
Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin formalaşdırılmasının qarşılıqlı faydasından danışıb. O bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
12:09 / 26 Avqust 2026
1
12:05 / 26 Avqust 2026
8
12:01 / 26 Avqust 2026
27
11:59 / 26 Avqust 2026
31
11:45 / 26 Avqust 2026
32
11:27 / 26 Avqust 2026
56
11:25 / 26 Avqust 2026
49
11:20 / 26 Avqust 2026
52
11:18 / 26 Avqust 2026
267
11:09 / 26 Avqust 2026
54
11:05 / 26 Avqust 2026
152
10:51 / 26 Avqust 2026
69
10:49 / 26 Avqust 2026
56
10:34 / 26 Avqust 2026
62
10:15 / 26 Avqust 2026
61
10:07 / 26 Avqust 2026
59
09:47 / 26 Avqust 2026
75
09:36 / 26 Avqust 2026
69
09:28 / 26 Avqust 2026
73
09:14 / 26 Avqust 2026
95
09:02 / 26 Avqust 2026
62
09:00 / 26 Avqust 2026
67
08:56 / 26 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.