Əmr imzalandı:Yeni müşavir KİMDİR?
26 Avqust 2026, 12:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
745
03.02.2025, 15:40
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
12:09 / 26 Avqust 2026
1
12:05 / 26 Avqust 2026
8
12:01 / 26 Avqust 2026
27
11:59 / 26 Avqust 2026
31
11:45 / 26 Avqust 2026
32
11:27 / 26 Avqust 2026
56
11:25 / 26 Avqust 2026
49
11:20 / 26 Avqust 2026
52
11:18 / 26 Avqust 2026
267
11:09 / 26 Avqust 2026
54
11:05 / 26 Avqust 2026
152
10:51 / 26 Avqust 2026
69
10:49 / 26 Avqust 2026
56
10:34 / 26 Avqust 2026
62
10:15 / 26 Avqust 2026
61
10:07 / 26 Avqust 2026
59
09:47 / 26 Avqust 2026
75
09:36 / 26 Avqust 2026
69
09:28 / 26 Avqust 2026
73
09:14 / 26 Avqust 2026
95
09:02 / 26 Avqust 2026
62
09:00 / 26 Avqust 2026
67
08:56 / 26 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.