Bəs mənimlə evlənəcəkdin.. - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna - ŞOK
26 Avqust 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
28.01.2025, 10:53
Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib.
İstiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb.
120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ərtaflı məlumat üçün: //kbl.az/ib
Xatırladaq ki, 2024-cü ildə Kapital Bank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
20:47 / 26 Avqust 2026
21
20:21 / 26 Avqust 2026
44
20:00 / 26 Avqust 2026
56
19:29 / 26 Avqust 2026
50
19:16 / 26 Avqust 2026
61
18:58 / 26 Avqust 2026
63
18:47 / 26 Avqust 2026
71
18:19 / 26 Avqust 2026
66
18:04 / 26 Avqust 2026
79
17:56 / 26 Avqust 2026
87
17:43 / 26 Avqust 2026
91
17:40 / 26 Avqust 2026
76
17:20 / 26 Avqust 2026
84
16:59 / 26 Avqust 2026
81
16:45 / 26 Avqust 2026
88
16:30 / 26 Avqust 2026
89
16:14 / 26 Avqust 2026
88
15:59 / 26 Avqust 2026
85
15:40 / 26 Avqust 2026
97
15:17 / 26 Avqust 2026
94
15:12 / 26 Avqust 2026
1070
14:59 / 26 Avqust 2026
101
14:45 / 26 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.