12 yaşayış məntəqəsində işıq olmayacaq
26 Avqust 2026, 23:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
24.01.2025, 11:21
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib.
Oxu24.com Mərkəzə istinadən xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.
Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.