Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO
28 Avqust 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1197
16.12.2024, 15:51
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edir.
Oxu24.com xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər.
Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir.
Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.
Mövsümlə əlaqədar olaraq istənilən vaxt hava şəraiti qəfildən dəyişə, qar yağa bilər. Artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.
Sürücülərdən qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımı avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur.
Sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər".
23:54 / 28 Avqust 2026
116
23:28 / 28 Avqust 2026
101
23:11 / 28 Avqust 2026
86
22:56 / 28 Avqust 2026
110
22:32 / 28 Avqust 2026
116
22:12 / 28 Avqust 2026
101
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
118
20:50 / 28 Avqust 2026
132
20:40 / 28 Avqust 2026
153
20:07 / 28 Avqust 2026
106
19:53 / 28 Avqust 2026
124
19:29 / 28 Avqust 2026
96
19:26 / 28 Avqust 2026
400
19:16 / 28 Avqust 2026
566
19:09 / 28 Avqust 2026
96
18:47 / 28 Avqust 2026
103
18:30 / 28 Avqust 2026
105
18:21 / 28 Avqust 2026
770
18:10 / 28 Avqust 2026
85
18:00 / 28 Avqust 2026
88
17:59 / 28 Avqust 2026
117
17:40 / 28 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.