Qaynar xətt:

(+99450) 247 90 86

Dağlıq rayonlarda 8° şaxta olub

Dağlıq rayonlarda 8°    şaxta     olub

CƏMİYYƏT

240

16.12.2024, 10:04

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hava şəraiti əsasən yağmursuz keçib.

Sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.