Qaynar xətt:

(+99450) 247 90 86

Lənkərandakı tarixi qala bərpa ediləcək

2024/10/28/1730116342_1730112102.aaazz.jpg

CƏMİYYƏT

165

28.10.2024, 15:21

Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.

Oxu24.com  bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.