Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120945
az

Klinika Ağadadaş Ağayevdən yarım milyon tələb edir— MƏHKƏMƏ BAŞLADI

16:4323 Oktyabr, 2024
210
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, xuliqanlıq cinayətinə görə istintaqı davam edən xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib. Müğənni iddia edir ki, hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəyib. Bu səbəbdən ona mənəvi ziyan ödənilməlidir.

Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Medera Hospital”da öz növbəsində Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə bütün məhkəmə xərcləri daxil klinikadan 450 minə yaxın, hospital isə ondan yarım milyon manat pul tələb edir. 

Hazırda işə Binəqədi Rayon Məhkəməsində baxılır. Bu günə təyin edilən proses Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb. 

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Amma onlar həbsdə deyil. İstintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi