Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
186
17.10.2024, 09:10
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
OXU24.COM xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Həmçinin oxuyun
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
14:38 / 13 Dekabr 2025
14
14:28 / 13 Dekabr 2025
22
14:22 / 13 Dekabr 2025
28
14:12 / 13 Dekabr 2025
101
13:14 / 13 Dekabr 2025
424
13:07 / 13 Dekabr 2025
214
12:58 / 13 Dekabr 2025
118
12:16 / 13 Dekabr 2025
812
12:08 / 13 Dekabr 2025
91
11:44 / 13 Dekabr 2025
68
11:30 / 13 Dekabr 2025
77
11:09 / 13 Dekabr 2025
862
11:07 / 13 Dekabr 2025
380
10:25 / 13 Dekabr 2025
1063
09:15 / 13 Dekabr 2025
859
09:06 / 13 Dekabr 2025
570
08:45 / 13 Dekabr 2025
127
08:37 / 13 Dekabr 2025
152
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1099
00:01 / 13 Dekabr 2025
741
23:20 / 12 Dekabr 2025
667
23:12 / 12 Dekabr 2025
126
22:41 / 12 Dekabr 2025
16509
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.