Sabah əsl yay havası olacaq
05 Sentyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
16.10.2024, 20:31
2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 0,6% artacaq, xərclər isə 0,2% azalacaq. Həmçinin İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqının yenidən artırılacağı bildirilmişdi.
Bəs gəlirlərin artması minimum əməkhaqqının artım məbləğinə də təsir edəcəkmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, hələlik təkliflər təqdim olunmadığı üçün artımların hansı faizdə olacağını proqnozlaşdırmaq mümkün deyil:
“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki istiqamət üzrə təkliflərin hazırlanması prosesi başa çatmaq üzrədir, gələn ayın 1-dək təqdim ediləcəyi gözlənilir. Bundan sonra minimum əməkhaqqı və pensiyanın artım faizini müzakirə etmək mümkün olacaq. Bununla belə, 2025-ci ilin sosial təminat və sosial müdafiə xərcləri 2024-cü il ilə müqayisədə 14 faiz artacaq. Yəni gələn il sosial istiqamətə daha çox büdcə ayrılacaq. Bu da öz növbəsidə sosial paketin dərinləşməsi üçün imkanlar yaradır”.
Millət vəkili sonda qeyd edib ki, artımlara bağlı artıq işlər görülür, büdcə müzakirələrində hansı faizlərlə artımın olacağı müəyyənləşəcək.
12:55 / 05 Sentyabr 2026
62
12:55 / 05 Sentyabr 2026
18
12:39 / 05 Sentyabr 2026
104
12:32 / 05 Sentyabr 2026
44
12:11 / 05 Sentyabr 2026
49
12:06 / 05 Sentyabr 2026
51
12:03 / 05 Sentyabr 2026
48
11:21 / 05 Sentyabr 2026
64
11:16 / 05 Sentyabr 2026
472
11:03 / 05 Sentyabr 2026
431
11:01 / 05 Sentyabr 2026
54
10:55 / 05 Sentyabr 2026
62
10:28 / 05 Sentyabr 2026
64
10:24 / 05 Sentyabr 2026
57
10:20 / 05 Sentyabr 2026
463
10:18 / 05 Sentyabr 2026
61
10:17 / 05 Sentyabr 2026
63
02:49 / 05 Sentyabr 2026
257
02:36 / 05 Sentyabr 2026
420
02:34 / 05 Sentyabr 2026
201
02:23 / 05 Sentyabr 2026
229
23:46 / 04 Sentyabr 2026
96
23:20 / 04 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.