Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq

Qaz olmayacaq

CƏMİYYƏT

283

16.10.2024, 18:30

Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Oxu24.com  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Nəsimi rayonunun M. Qaşqay və S. Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, H.Sarabski, M. Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A. Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.