Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120331
az

İcra başçısının qalmaqallı oğlu danışdı: "Ferma qayınatamındır"

15:1616 Oktyabr, 2024
259
  • A

Füzulinin icra başçısı Elvin Alıyev faciəyə səbəb olmuş yanğına aydınlıq gətirib.

Xuraman Hacıyevanın 2 övladının fermada faciəli şəkildə yanaraq ölmələri barədə məlumat vermişdik.Şikayətçi müraciətində həmin fermanın Füzuli Rayon İcra başçıs Alı Alıyevin oğlu Elvin Alıyevə məxsus olduğunu və bu günə qədər onlara dəymiş ziyanın ödənilmədiyini bildirmişdi.

 

Oxu24.com xəbər verir  ki, sözügedən informasiya CityPost.az saytında yayımlandıqdan sonra yazıda adı hallanan keçmiş polis əməkdaşı Elvin Alıyev redaksiyamızla əlaqə saxlayıb.O,hadisənin baş verdiyi fermanın ona yox,qayınatasına məxsus olduğunu söyləyib.

“Hadisə baş verən ferma mənə yox,qayınatam İsmayılov Nağı Həmid oğluna məxsusdur.Həmin hadisə ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılıb,hadisəyə  müvafiq  hüquqi qiymət də verilib”,- deyə  Elvin  Alıyev bildirib.

Qeyd edək ki, hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu  Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında  yerləşən  fermanın  həyətindəki  işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib.  Yanğın hadisəsindən ailənin  böyük  uşağı ağır xəsarətlərlə  xilas  olsa  da, 2013-cü il  təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunun və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi