Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ

Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ

CƏMİYYƏT

278

15.10.2024, 21:12

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.

OXU24.COM  "Qaynarinfo"ya istinadla xəbər verir ki, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.

"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib. Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.

O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heytənin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.