Qaynar xətt:

(+99450) 247 90 86

Rus biznesmenlərin 70 milyon avroluq əmlakına həbs qoyuldu

Rus biznesmenlərin 70 milyon avroluq əmlakına həbs qoyuldu

CƏMİYYƏT

318

14.10.2024, 22:13

Fransa məhkəməsi iki rusiyalı sahibkarın dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyub.

OXU24.COM xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Məlumata görə, bu qərar mümkün çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində verilib.

2012-2014-cü illərdə Fransanın cənub-şərqində satın alınan daşınmaz əmlak obyektlərinə, eləcə də lüks avtomobillərə həbs qoyulub. İddiaya görə, bu əmlak rus əsilli iki sahibkara - Ruslan Qoryuxinə və Mixail Openheymə məxsusdur. Onlar Kipr pasportuna malikdirlər.