Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
05 Sentyabr 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
14.10.2024, 20:59
Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Belə ki, oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyadaəleyhinə minaya düşərək yaralanıb. Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.
OXU24.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qazaxın Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında söyləyib.
O deyib: “Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə, ekoloji böhranın yaranması ilə də nəticələnir.
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir”.
Həmçinin oxuyun
21:17 / 05 Sentyabr 2026
14
21:04 / 05 Sentyabr 2026
30
20:34 / 05 Sentyabr 2026
44
20:20 / 05 Sentyabr 2026
51
19:55 / 05 Sentyabr 2026
50
19:45 / 05 Sentyabr 2026
61
19:34 / 05 Sentyabr 2026
59
19:23 / 05 Sentyabr 2026
62
19:12 / 05 Sentyabr 2026
84
19:00 / 05 Sentyabr 2026
175
18:53 / 05 Sentyabr 2026
69
18:46 / 05 Sentyabr 2026
237
18:43 / 05 Sentyabr 2026
65
18:31 / 05 Sentyabr 2026
171
18:16 / 05 Sentyabr 2026
69
18:16 / 05 Sentyabr 2026
76
18:10 / 05 Sentyabr 2026
81
18:08 / 05 Sentyabr 2026
77
18:00 / 05 Sentyabr 2026
77
17:37 / 05 Sentyabr 2026
73
17:35 / 05 Sentyabr 2026
76
17:15 / 05 Sentyabr 2026
80
16:45 / 05 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.