Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi
05 Sentyabr 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
320
14.10.2024, 15:41
Xəbər verdiyimiz kimi, İqtisadiyyat üzrə builki Nobel mükafatı Daron Acemoğluna verilib. O, bu mükafatı alan üçüncü türk vətəndaşıdır.
Oxu24.com Daron Acemoğlunun həyatını təqdim edir:
Türkiyə vətəndaşı olan Kamer Daron Acemoğlu amerikalı iqtisadçıdır. Acemoğlu xüsusilə siyasi iqtisadiyyat, iqtisadi artım və inkişaf sahəsindəki işləri ilə dünya miqyasında tanınır.
Türkiyədə təhsilə başladıqdan sonra bakalavr təhsilini London İqtisadiyyat Məktəbində, daha sonra ABŞ-də Massaçusets Texnologiya İnstitutunda (MIT) İqtisadiyyat Departamentində doktorluq dərəcəsini bitirmişdir. MIT-də iqtisadiyyat professoru kimi fəaliyyətini davam etdirir.
Acemoğlunun politoloq Ceyms A.Robinsonla birgə yazdığı və böyük diqqət çəkdiyi əsərlərindən biri də “Millətlər niyə uğursuz olur” kitabıdır. Kitabda iddia edilir ki, ölkələrin iqtisadi rifah səviyyələrindəki fərqlərin əsas səbəbi siyasi və iqtisadi institutların strukturudur. Acemoğlunun işi böyük diqqəti cəlb edib və siyasətçilər, alimlər və qlobal təşkilatlar tərəfindən müzakirə obyektinə çevrilib.
Bir çox mükafatların sahibi olan Acemoğlu müasir iqtisadiyyatın ən nüfuzlu mütəfəkkirlərindən biri hesab olunur.
Acemoğlunun həyatı
1967-ci ildə İstanbulda anadan olub. O, erməni əsillidir. Atası vəkil Kevork Acemoğludur. İlk təhsilini İstanbulun Kadıköydəki Aramyan Uncuyan Erməni İbtidai məktəbində başa vurduqdan sonra 1986-cı ildə Qalatasaray Liseyini bitirib.
O, İngiltərənin York Universitetində Riyazi İqtisadiyyat və Ekonometriya üzrə bakalavr (1989); London İqtisadiyyat Məktəbində magistr (1990) və doktorluq (1992) dərəcələrini alıb. 1992-1993-cü illərdə London İqtisadiyyat Məktəbində dərs deyib. 1993-cü ildən ABŞ-də Massaçusets Texnologiya İnstitutunda (MIT) akademik karyerasını davam etdirir. 2000-ci ildə iqtisadiyyat professoru, 2019-cu ildə isə institut professoru adını alıb ki, bu da universitetdə professor-müəllim heyətinə verilə biləcək ən yüksək addır.
Acemoğlu oyun və optimallaşdırma nəzəriyyəsi ilə bağlı araşdırmaları ilə tanınan Asuman Özdağlar ilə evlidir və cütlüyün Arda və Aras adlı iki oğlu var.
Həmçinin oxuyun
21:59 / 05 Sentyabr 2026
1
21:37 / 05 Sentyabr 2026
60
21:17 / 05 Sentyabr 2026
55
21:04 / 05 Sentyabr 2026
57
20:34 / 05 Sentyabr 2026
54
20:20 / 05 Sentyabr 2026
61
19:55 / 05 Sentyabr 2026
56
19:45 / 05 Sentyabr 2026
68
19:34 / 05 Sentyabr 2026
66
19:23 / 05 Sentyabr 2026
66
19:12 / 05 Sentyabr 2026
92
19:00 / 05 Sentyabr 2026
200
18:53 / 05 Sentyabr 2026
77
18:46 / 05 Sentyabr 2026
257
18:43 / 05 Sentyabr 2026
67
18:31 / 05 Sentyabr 2026
186
18:16 / 05 Sentyabr 2026
78
18:16 / 05 Sentyabr 2026
78
18:10 / 05 Sentyabr 2026
83
18:08 / 05 Sentyabr 2026
80
18:00 / 05 Sentyabr 2026
81
17:37 / 05 Sentyabr 2026
75
17:35 / 05 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.