Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
11.10.2024, 14:42
Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək.
Oxu24.com-un məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq.
Tədbirin təşkilatçısı Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyidir.
Yubiley tədbirinin moderatoru yazıçı-publisist Aqil Abbasdır.
Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib.[3] 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
Miri Məcidli
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.