Kəlbəcərdə avtomobil çaya düşdü, sürücü xəsarət aldı
05 Sentyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
176
11.10.2024, 10:42
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsi iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.
Oxu24.com xəbər verir ki, Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.
Öz növbəsində layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.
Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.
Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək




Həmçinin oxuyun
02:06 / 06 Sentyabr 2026
33
23:59 / 05 Sentyabr 2026
53
23:41 / 05 Sentyabr 2026
69
21:59 / 05 Sentyabr 2026
174
21:37 / 05 Sentyabr 2026
190
21:17 / 05 Sentyabr 2026
83
21:04 / 05 Sentyabr 2026
80
20:34 / 05 Sentyabr 2026
74
20:20 / 05 Sentyabr 2026
79
19:55 / 05 Sentyabr 2026
69
19:45 / 05 Sentyabr 2026
78
19:34 / 05 Sentyabr 2026
77
19:23 / 05 Sentyabr 2026
76
19:12 / 05 Sentyabr 2026
112
19:00 / 05 Sentyabr 2026
268
18:53 / 05 Sentyabr 2026
84
18:46 / 05 Sentyabr 2026
298
18:43 / 05 Sentyabr 2026
77
18:31 / 05 Sentyabr 2026
221
18:16 / 05 Sentyabr 2026
91
18:16 / 05 Sentyabr 2026
85
18:10 / 05 Sentyabr 2026
91
18:08 / 05 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.