Qaynar xətt:

(+99450) 247 90 86

Abbasqulu bəy Şadlinski ilə yaxın qohum olan Hümbətovlar

Abbasqulu bəy Şadlinski ilə yaxın qohum olan Hümbətovlar

CƏMİYYƏT

1053

10.10.2024, 11:36

Abbasqulu bəy Şadlinski ilə yaxın qohum olan Hümbətovlar.


Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.

İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir.

1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. 

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.

1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.

1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayınada Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayının 26-da öldürülmüşdür.

Şadlinskilərlə Hümbətovlar arasındakı qohumluq əlaqələri Abbasqulu bəy Şadlinskinin dövründən olubdur. O vaxtlar adət ənənələri uyğun olaraq Vedibasar mahalında yaşayan Hümbətovlardan Şadlinskilərə və ya Şadlinskilərdən Hümbətovlara razılığı ilə qız verib ailə həyatı qurmaq var idi. Bu da Vedibasar mahalından olan Şadlinskilərlə Hümbətovlar arasındakı qohumluq əlaqələrini gücləndirmişdir. Bu günə kimi qohumluq əlaqələri hələdə davam etməkdədir.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin sabiq köməkçisi Vüsal Hümbətzadə 

 

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

19:34 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

81

0
Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

19:23 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

80

0
Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

19:12 / 05 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

119

0
Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

19:00 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

290

0
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

18:53 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

88

0
Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

18:46 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

316

0
Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

18:43 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

82

0
DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

18:31 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

233

0
Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

18:16 / 05 Sentyabr 2026

QARABAĞ QARABAĞ

Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

98

1
Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

18:16 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

87

0
Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

18:10 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

94

0
Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

18:08 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

89

0