Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb
06 Sentyabr 2026, 10:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
09.10.2024, 19:28
Gün ərzində Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir.
OXU24.COM xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
"Bu rəqəmə görə faiz çıxardıqda görürük ki, pis davranışlı sürücülər, bir taksinin yerinə başqa birinin gəlməsi faizi çox aşağıdır.
Belə hallar olub və olacaq. Belə sürücülərin az olmasının da səbəbləri var. “Uber” və “”Bolt”da çalışan sürücülərin sifariş alması üçün həmin sürücünün AYNA-dan sertfikatı olmalıdır. Biz proqramla görə bilirik ki, taksi hansı nömrə ilə sifariş olunub və buna nəzarət edə bilirik.
Əgər icazəsi olmayan taksi sürücüsünə və nəqliyyat vasitəsinə sifariş ötürülürsə, biz həmin şirkəti 300 manatdan 20 min manata qədər cərimələyə bilirik. Bunu aşkarlaya da bilirik”, - deyə sədr qeyd edib.
Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir:
“Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”.
Həmçinin oxuyun
10:49 / 06 Sentyabr 2026
1
10:42 / 06 Sentyabr 2026
13
10:39 / 06 Sentyabr 2026
18
10:34 / 06 Sentyabr 2026
29
10:32 / 06 Sentyabr 2026
29
02:06 / 06 Sentyabr 2026
74
23:59 / 05 Sentyabr 2026
78
23:41 / 05 Sentyabr 2026
144
21:59 / 05 Sentyabr 2026
342
21:37 / 05 Sentyabr 2026
322
21:17 / 05 Sentyabr 2026
114
21:04 / 05 Sentyabr 2026
103
20:34 / 05 Sentyabr 2026
90
20:20 / 05 Sentyabr 2026
99
19:55 / 05 Sentyabr 2026
79
19:45 / 05 Sentyabr 2026
90
19:34 / 05 Sentyabr 2026
87
19:23 / 05 Sentyabr 2026
87
19:12 / 05 Sentyabr 2026
130
19:00 / 05 Sentyabr 2026
333
18:53 / 05 Sentyabr 2026
94
18:46 / 05 Sentyabr 2026
374
18:43 / 05 Sentyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.