Biləsuvarda şəhid qardaşı ilə şəhid bacısı evləndilər
23 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
369
09.10.2024, 17:09
Ölkənin birinci bankı Kapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək. Cəbrayıl rayonu, Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışında dövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Açılışda çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindən biri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçün tarixi hadisə olaraq dəyərləndirib. “30 il sonra azadlığına qovuşan doğma yurdumuza qayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir. Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyəti dayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onların bizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də bütün Qarabağ bölgəsi üçün faydalı olacaq”.
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışı planlaşdırılır.
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.