Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11960
az

“W” şəklində oturmaq nədir?

17:3714 Aprel, 2019
1358
  • A
"W" şəklində  oturmaq  nədir?Uşaqlarımızı anadan olduqları gündən etibarən üstündə göz-qulaq oluruq, daim izləyirik. Hər zaman gördüyümüz adicə bir halın, hərəkətin onların gələcək inkişaflarına əks- təsir göstərməməsi üçün əlimizdən gələni edirik. Yemək yemə vərdişi qazanmalarından başlamış ta uyuyana kimi hər vəziyyətlərində dönə-dönə qayğılarına qalırıq. Təbii ki, qarşımıza çoxlu vəziyyətlər çıxır, əgər diqqətliyiksə. Məsələn, "W" şəklində oturmaq da bunlardan biridir.

"W" oturuşu necədir?

Oxu24.com bildirir ki, "W" şəklində ( və ya kəpənək oturuşu) oturuş mövqeyi uşağın budunun üstündə dizlərini və ayaqlarını bədəninin kənarına doğru bükərək yerə yaşamasıdır. Bu vəziyyətdə oturan uşağa yuxarıdan baxsanız, ayaqlarının "W" şəklində olduğunu fərq edəcəksiniz. Bəzi uşaqların ayaqları budlarına dəydiyi halda, bəzilərində arasında məsafə olur. Bir çox uşaq avtomatik "W" oturuş vəziyyətində rahatlıq tapır və düşünmədən o şəkildə oturur. Bu mövqeyi üstünlük verən bəzi uşaqlar bud və ya bədənlərindəki bir zəifliyini bu oturuş ilə tarazlaşdırmağa çalışır.
Bu oturuş mövqeyi ilə bağlı mənfi təsirlər uşağınızın uzun müddət eyni vəziyyətdə qalmasından doğur. Valideyn olaraq uşağınızın "W" oturuş mövqeyində mənfi təsirlərini də unutmamalısınız. Onlar aşağıdakılardır:
-    "W" oturuş vəziyyətini, uşağın bud və ayaq əzələlərinin qısa və gərgin olmasına səbəb olur, bu vəziyyət uşağın koordinasiya, tarazlığı və kobud hərəkət bacarıqlarına mənfi istiqamətdə təsir göstərir;
-    "W" oturuş mövqeyində oturan uşaq üst bədənində dönüş edə bilməz;
-    Bu vəziyyət uşağın hər iki əlini istifadə etdiyi vəziyyətlərdə, bir əli ilə əks tərəfdən bir oyuncaq alması lazım olduğu hallarda çətinlik çəkir. Sonralar isə uşağın əl bacarıqları passivləşə bilər, masa arxasında olarkən çətinlik çəkməsinə səbəb ola bilər;

"W" şəklində  oturmaq  nədir?
-    "W" oturuş vəziyyətində uşağın güc əlini seçməsində gecikməyə səbəb olur. Uşaq sağındakı obyektlər üçün sadəcə sağ əlini, yanındakılar üçün isə yalnız sol əlini istifadə edə bilər. Bu vəziyyət gələcəkdə fiziki koordinasiya problemlərinə səbəb ola bilər;
-    "W" oturuş vəziyyətini, uşağın cismi ağrılığını bir tərəfdən digərinə çatdırmaqda çətinlik yaşayır;
-    W oturuş vəziyyətini, uşağın güclü gövdə əzələlərinin inkişafını əngəlləyir və s.
Əgər uşağınızın uzun müddətli "W" oturuş vəziyyətinə vərdiş etdiyini görsəniz: "Elə oturma",-demək əvəzinə, düzgün oturuş mövqelərini alternativ olaraq tətbiq edin. Məsələn, ayaqları düz uzadaraq oturma, kiçik bir stulda oturma və s. Bu oturma mövqeləri uşağının eyni anda hər iki istiqamətdə də hər iki əlini istifadə etməsinə imkan verir. Bu sayədə uşaq fiziki ağrılığını dəyişə, kürək və qarın əzələlərini inkişaf etdirir.
Uşağınız "W" oturuş vəziyyətini dəyişdirmək məsələsində diqqətli olmalısınız.

"W" şəklində oturmağın qarşısını almaq üçün nələr edilə bilər?

Sadəcə, uşağı bu vəziyyətdə oturarkən mövqeyini dərhal dəyişdirməyə kömək etməkdir. Vərdişlərini dəyişmək bir
qədər zaman alacaq olsa da, düzgün mövqeyə gətirməyin ən doğru yolu budur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ