Kəmaləddin Heydərov bu agentliyə rəis təyin etdi - FOTO
06 Sentyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
320
05.10.2024, 13:26
Son günlərin ən aktual mövzusu məktəblilərin törətdiyi cinayətlərdir. Bu hadisələrin bir-birinin ardınca təkrarlanması və getdikcə təhlükəli hal alması cəmiyyətdə narahatlıq doğurub. Kriminalın yeniyetməlik dövründəki şəxslərə sıçramasının kökündə duran səbəblər hər kəsi düşündürür və sual ortaya çıxır: məktəblər cəmiyyətə sağlam fərdlər yetişdirir, yoxsa cinayətkar, cani, kriminal “kruq”?
Bu kimi halların artması cəmiyyətin bütün üzvlərini, həmçinin, ziyalıları narahat edir.
OXU24.COM xəbər v erir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov bununla bağlı “Yeni Sabah”a danışarkən bildirib ki, məsələnin bu yerə qədər gəlib çatmasında bir amil rol oynayır:
“Təəssüflə qeyd etmək lazımdır ki, bu prosesdə biz xoşagəlməz tendensiyaları görürük və getdikcə belə cinayətlərin sayı artır. Hesab edirəm ki, bu, çox narahatedici bir məsələdir. Düşünürəm ki, belə hadisələrin kökündə duran səbəb ailələrdə və məktəblərdə verilən tərbiyənin yüksək səviyyədə olmamasıdır. Hər iki tərəf bu məsələdə kifayət qədər mühüm rol oynaya bilmir. Ona görə də, yeniyetmələr sosial medianın, kriminal aləmin təsirinə məruz qalırlar. Əgər tərbiyə işi ən yüksək səviyyədə qurulsaydı, indi vəziyyət tamamilə fərqli olardı”.
Deputat valideynlərə tövsiyə edib ki, təkcə övladlarının tədrisi ilə deyil, paralel olaraq, tərbiyəsi ilə də məşğul olsunlar:
“Bu gün Azərbaycan ailəsi övladının təhsilinə çox önəm verir. Ancaq tərbiyə işi həm məktəbdə, həm də ailə daxilində kölgədə qalır. Biz bunu bir çox hallarda müşahidə edirik. Ona görə də, həmin problemin qarşısını almaq lazımdır. Sözügedən məsələdə konkret proses, sistem olmalıdır. Planlaşdırılmış, düşünülüb müəyyən edilmiş bir strategiya əsasında bu işləri və tədbirləri davam etdirməliyik”.
21:00 / 06 Sentyabr 2026
1
20:32 / 06 Sentyabr 2026
24
20:25 / 06 Sentyabr 2026
45
20:15 / 06 Sentyabr 2026
46
19:58 / 06 Sentyabr 2026
43
19:44 / 06 Sentyabr 2026
66
18:50 / 06 Sentyabr 2026
62
18:40 / 06 Sentyabr 2026
73
18:15 / 06 Sentyabr 2026
69
15:39 / 06 Sentyabr 2026
1400
14:35 / 06 Sentyabr 2026
94
14:16 / 06 Sentyabr 2026
98
14:14 / 06 Sentyabr 2026
85
14:00 / 06 Sentyabr 2026
88
13:25 / 06 Sentyabr 2026
91
12:50 / 06 Sentyabr 2026
102
12:45 / 06 Sentyabr 2026
88
12:42 / 06 Sentyabr 2026
1179
12:14 / 06 Sentyabr 2026
113
12:10 / 06 Sentyabr 2026
93
12:05 / 06 Sentyabr 2026
109
12:00 / 06 Sentyabr 2026
96
12:00 / 06 Sentyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.