Məhəmməd Əmin Rəsulzadənin heç zaman yayımlanmayan UNİKAL FOTOSU
06 Sentyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
04.10.2024, 19:58
Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.
Oxu24.com xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislimiqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qüvvədə olan qanuna əsasən, Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər:
-təkrar törədildikdə;
-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
-külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan qanuna əsasən, yuxarıda qeyd edilən əməllər yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan qanuna əsasən, nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi)hallarına şamil edilməyəcək. Bu “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşüləcək.
21:24 / 06 Sentyabr 2026
21
21:14 / 06 Sentyabr 2026
39
21:10 / 06 Sentyabr 2026
39
21:00 / 06 Sentyabr 2026
84
20:32 / 06 Sentyabr 2026
45
20:25 / 06 Sentyabr 2026
59
20:15 / 06 Sentyabr 2026
59
19:58 / 06 Sentyabr 2026
50
19:44 / 06 Sentyabr 2026
75
18:50 / 06 Sentyabr 2026
69
18:40 / 06 Sentyabr 2026
78
18:15 / 06 Sentyabr 2026
77
15:39 / 06 Sentyabr 2026
1485
14:35 / 06 Sentyabr 2026
95
14:16 / 06 Sentyabr 2026
101
14:14 / 06 Sentyabr 2026
87
14:00 / 06 Sentyabr 2026
90
13:25 / 06 Sentyabr 2026
92
12:50 / 06 Sentyabr 2026
104
12:45 / 06 Sentyabr 2026
93
12:42 / 06 Sentyabr 2026
1341
12:14 / 06 Sentyabr 2026
115
12:10 / 06 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.