Daşa yazılan tarix -Aida Eyvazlı yazır
07 Sentyabr 2026, 10:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
274
01.10.2024, 14:23
Azərbaycanda ilk: yaşlıların iştirakı ilə dəniz sahilinin tullantılardan təmizlənməsi və tullantıların çeşidlənməsi aksiyası keçirilib
Oxu24.com xəbər verir ki, Azərbaycanda ilk dəfə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlıların iştirakı ilə dəniz sahilinin tullantılardan təmizlənməsi və çeşidlənməsi aksiyası keçirilib. “Əmanətimizə sahib çıxacağınıza ümidlə” şüarı altında keçirilən sosial aksiya BMT Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.
Bakı ətrafında yerləşən ictimai çimərliklərdən birinin ərazisində baş tutmuş aksiyaya 100-dək yaşlı kişi və qadın qatılıb. Tədbir iştirakçıları aksiya çərçivəsində ərazidən yığılan müxtəlif tullantıların təyinatı üzrə çeşidlənməsini də icra edib. Aksiyada yaşlılarla yanaşı, gənc eko-könüllülər də fəal iştirakları ilə yadda qalıblar.
Sözügedən fəaliyyətin həyata keçirilməsində məqsəd Xəzərin sahil ekosisteminin qorunmasına dəstək vermək və bu prosesdə bütün nəsillərin nümayəndələrinin yaxından iştirakına şərait yaratmaqdan ibarət olub.
Layihəyə cəlb olunan yaşlı nəslin nümayəndələri aksiyada iştiraklarından məmnun olduqlarını ifadə edib, uşaqlıq və gənclik xatirələrini özündə əks etdirən Xəzər dənizinin və onun ətraf mühitinin təmizliyini qorumaq və ona sahib çıxmaq üçün gənclərə çağırış ediblər.
10:06 / 07 Sentyabr 2026
6
10:05 / 07 Sentyabr 2026
7
09:58 / 07 Sentyabr 2026
22
09:56 / 07 Sentyabr 2026
21
09:50 / 07 Sentyabr 2026
28
09:45 / 07 Sentyabr 2026
35
09:40 / 07 Sentyabr 2026
75
09:37 / 07 Sentyabr 2026
37
09:25 / 07 Sentyabr 2026
37
09:15 / 07 Sentyabr 2026
39
09:11 / 07 Sentyabr 2026
41
00:42 / 07 Sentyabr 2026
60
23:52 / 06 Sentyabr 2026
252
23:31 / 06 Sentyabr 2026
81
23:02 / 06 Sentyabr 2026
134
22:35 / 06 Sentyabr 2026
91
22:00 / 06 Sentyabr 2026
106
21:24 / 06 Sentyabr 2026
98
21:14 / 06 Sentyabr 2026
79
21:10 / 06 Sentyabr 2026
82
21:00 / 06 Sentyabr 2026
120
20:32 / 06 Sentyabr 2026
76
20:25 / 06 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.