Qaynar xətt:

(+99450) 247 90 86

Taxtakörpü-Ceyranbatan kanalında meyit tapıldı

Taxtakörpü-Ceyranbatan kanalında meyit tapıldı

CƏMİYYƏT

207

30.09.2024, 16:42

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Oxu24.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.