Yağışlı Bakıdan görüntülər - Video
07 Sentyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
385
26.09.2024, 14:59
Sentyabrın 24-ü saat 19 radələrində Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu24.com xəbər verir ki, Ağcabədi-Ağdam yolunun Poladlı kəndindən keçən hissəsində Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə “Tofaş” toqquşub.
Nəticədə hər iki sürücü və “Tofaş”da olan 2 sərnişin – İsmət Mehdiyev və Xəlil Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.
Bildirilir ki, qəzada həlak olan M.Şükürzadə FHN-in yerli şöbəsində çalışırmış. Hadisə günü onun nənəsinin yas mərasimi keçirilib. Daha sonra işə qayıdan Mahirə babasının səhhətində problem olduğu bildirilib və o, babasını müayinə etmək üçün həkim gətirməyə gedib. Bu zaman yol hərəkəti qaydalarını pozan Mahir Şükürzadə ağır qəzaya səbəb olub və həyatını itirib.
“Unikal”ın məlumatına görə, M.Şükürzadə nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıbmış.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
21:59 / 07 Sentyabr 2026
6
21:45 / 07 Sentyabr 2026
28
21:30 / 07 Sentyabr 2026
26
21:23 / 07 Sentyabr 2026
36
21:03 / 07 Sentyabr 2026
45
20:58 / 07 Sentyabr 2026
51
20:54 / 07 Sentyabr 2026
48
19:54 / 07 Sentyabr 2026
66
19:50 / 07 Sentyabr 2026
500
19:48 / 07 Sentyabr 2026
108
19:45 / 07 Sentyabr 2026
62
19:44 / 07 Sentyabr 2026
90
19:32 / 07 Sentyabr 2026
376
19:30 / 07 Sentyabr 2026
65
18:20 / 07 Sentyabr 2026
48
18:03 / 07 Sentyabr 2026
68
17:55 / 07 Sentyabr 2026
89
17:45 / 07 Sentyabr 2026
66
17:30 / 07 Sentyabr 2026
73
17:05 / 07 Sentyabr 2026
101
16:55 / 07 Sentyabr 2026
107
16:54 / 07 Sentyabr 2026
94
16:38 / 07 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.