Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda mebel sexi yandı


Sumqayıtda mebel sexi yandı

CƏMİYYƏT

268

26.09.2024, 09:10

Sumqayıt şəhərində mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən OXU24.COM -a verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 300 m² olan mebel sexinin içərisində 70 m² sahəyə yığılan taxta materialları və 4 ədəd qapı çərçivəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.