Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11837
az

Azərbaycanda unun qiyməti ucuzlaşdı

21:3410 Aprel, 2019
661
  • A
Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.

Oxu24.com bildirir ki, bu barədə ONA-ya "Karat Holdinq" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.

"Karat Holdinq" MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Ailəsi ilə istirahətə getmişdi, faciəvi     şəkildə     öldü