Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11827
az

Bakıda əhaliyə murdar toyuqları yedizdirən sexdən FOTOLAR

16:3810 Aprel, 2019
807
CƏMİYYƏT
  • A
 Bakıda anti-sanitar şəraitdə fəaliyyət göstərən dah bir toyuq sexi aşkarlandı.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, quruma Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində antisanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub.

Daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarına saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

Aşkar olunmuş faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir. Aparılan araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ