Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11819
az

\"Sən bu binada yaşaya bilərsənmi?\"-Yanan binanın sakinindən \"Qaçqınkom\"un sədrinə sual

14:5910 Aprel, 2019
1115
  • A
 
Bakının Nizami rayonunda yerləşən yataqxanada baş vermiş yanğın nəticəsində zəhərlənən 1 nəfər 34 yaşlı kişi Kliniki Tibbi Mərkəzinin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, əlavə bir kişiyə isə hadisə yerində yardım göstərilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. 7 nəfərə tibbi yardım göstərilib. Yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən ataraq xəsarət alıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yataqxanaya baş çəkərək sakinlərlə görüşüb.
Oxu24.com -un hadisə yerində  olan müxbirinin sözlərinə görə, bina sakinlərindən biri Qaçqınkomun sədrinə "gedək,baxaq,sən orada yaşaya bilərsənmi" deməsi sədri çıxılmaz vəziyyətə salıb. Həmin videokadrları təqdim edirik:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi