Qaynar xətt:

(+99450) 247 90 86

Oğlu xərçəng olan ana Mehriban Əliyevadan kömək istəyir -Ürəkdağlayan görüntü

2019-04/1554880666_56702238_2127391564229388_7091356584722300928_n.jpg

CƏMİYYƏT

922

10.04.2019, 11:17

  2005-cil il təvəllüdlü Hətəmzadə Rəşad İlham oğlu  5 ildir ki, qan xərçəngindən əziyyət çəkir.
Oxu24.com   xəbər verir ki, Hətəmzadə Rəşad 2014-cü ildə amansız xəstəliyə tutulub. Həkimlərin müayinəsindən sonra məlum olub ki, Rəşad kəskin  limfoblast  L1 xəstəliyinə yoluxub. O Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2014-cü ildə Hematologiya və Qanköçürmə İnstitutu müalicə edilib. İki il yarım ərzində kimyaterapiya alıb və xeyli yaxşılaşıb.  Ağdam rayonundan məcburri köçkün olan Səadət Sadıqova müxtəlif illərdə öz imkanları hesabına oğlunun müalicələrini etdirib, lakin imkanı bundan artığını etməyə imkanı çatmayıb. Nəticədə 4 il keçdikdən sonra müalicələrinin gecikməsi ucbatından ondan bu xəstəlik yenidən kəskin şəkildə biruzə verib. Hazırda heç bir yerdə işləməyən Səadət  xanım övladının malicəsini etdirməyə gücü çatmır. Yalnız məcburi köçkünlər  üçün vahid aylıq müavinət alan Səadət xanım hazırda Ağdam rayon Alıbəyli 2 qəsəbəsində ağır şəraitdə yaşayır. O  övladının sağalması üçün kömək istəyir: “Mənim müxtəlif qurumlara müraciətlərim olub.Məktublar yazmışam. Lakin heç bir cavab gəlməyib. Mehriban xanim, sizdən bir ana kimi xahiş edirəm, sadəcə lazımi orqanlara göstəriş verəməyiniz yetərldir ki, Rəşada kömək etsinlər. Bir ana kimi səsimə səs verin.  Xahiş edirəm Rəşadın müalicəsi üçün köməyinizi əsirgəməyin. Mən Rəşadın əzab əziyyətinə dözə bilmirəm. Onun xsətəxana şəraitində köməklik göstərilsin”. Qan xərçəngi ilə mübarizə aparan Rəşad Hətəmzadə müalicə olunub sağalması üçün sizin maddi dəstəyinizə ehtiyacı var. Anası Səadət Sadıqova İmdat qızının bank hesabı MilliÖN Kapital Bank 4169 7413 7621 9174 Tel:  050 629 86 96