Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
324
11.09.2024, 15:44
Azərbaycan Prezidenti İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.
Sərəncamla Nazirlər Kabinet:Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etməli, fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
00:20 / 08 Sentyabr 2026
79
00:18 / 08 Sentyabr 2026
806
00:08 / 08 Sentyabr 2026
137
23:59 / 07 Sentyabr 2026
69
23:36 / 07 Sentyabr 2026
175
23:26 / 07 Sentyabr 2026
65
23:22 / 07 Sentyabr 2026
1915
23:16 / 07 Sentyabr 2026
83
23:14 / 07 Sentyabr 2026
294
23:09 / 07 Sentyabr 2026
56
22:44 / 07 Sentyabr 2026
88
22:09 / 07 Sentyabr 2026
108
21:59 / 07 Sentyabr 2026
91
21:45 / 07 Sentyabr 2026
71
21:30 / 07 Sentyabr 2026
61
21:23 / 07 Sentyabr 2026
116
21:03 / 07 Sentyabr 2026
68
20:58 / 07 Sentyabr 2026
74
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
92
19:50 / 07 Sentyabr 2026
1040
19:48 / 07 Sentyabr 2026
161
19:45 / 07 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.